Türkiyədə jandarmeriyaya hücum olub: ölən və yaralananlar var
Türkiyənin Muş əyalətində terrorçu Fəhlə Kürd Partiyasının üzvləri jandarmeriyaya hücum edib.
1news.az-ın Türkiyə KİV-nə verdiyi xəbərə görə, bir neçə terrorçu jandarmeriyanı minaatan və uzunlüləli silahlardan atəşə tutub.
Atışma nəticəsində kənd mühafizəsinin nümayəndəsi həlak olub, daha iki nəfər isə yaralanıb.
Cinayətkarlar hadisə yerindən qaçaraq gizlənə biliblər. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
1news.az
608