İsveçrə Avropa İttifaqına daxil olmaq niyyətindən əl çəkib
İsveçrə parlamentinin yuxarı palatası Kantonlar Şurası Avropa İttifaqına daxil olmaq üçün 1992-ci ildə verilən ərizəni geri çağırmağa səs verib.
1news.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Neue Zürcher Zeitung" yazıb.
İsveçrə Kantonlar Şurası deputatlarının böyük hissəsi ərizənin geri çağırılmasını dəstəkləyib. Ölkənin Aİ-yə üzvlüyünə qarşı 27 deputat, ərizənin saxlanılmasına 13 deputat səs verib. Bununla da yuxarı palata İsveçrə Milli Şurası tərəfindən qəbul edilən qərarı təsdiqləyib.
Qeyd olunur ki, qərar simvolik xarakter daşıyır, çünki ərizə ölkə vətəndaşlarının İsveçrənin Avrozonaya birləşməsinin əleyhinə səs verdiyi referendumdan sonra öz qüvvəsini itirib.
1news.az
928