FES: "Uçot dərəcələrinin mərhələli artımı davam edəcək" | 1news.az | Xəbərlər
İqtisadiyyat

FES: "Uçot dərəcələrinin mərhələli artımı davam edəcək"

22:16 - 16 / 06 / 2016
FES: "Uçot dərəcələrinin mərhələli artımı davam edəcək"

ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2016-cı ildə uçot dərəcələrini artırması qərarını aprel ayındakı iclasda FES üzvlərindən biri dəstəklədiyi halda dünən, iyunun 15-də keçirilən son iclasda 6 üzvün bu qərarı dəstəklədiyi bildirilib.

1news.az "Report"a istinadən xəbər verir ki,  buna, may ayında ABŞ-da kənd təsərrüfatı xaric iş yerlərinin sayının gözlənilən 160 min əvəzinə olduqca az, yəni 38 min nəfər olması səbəb olub. Digər önəmli səbəb kimi isə Böyük Britaniyanın Avropa İttifaqından ayrılması (Brexit) ilə bağlı iyunun 23-də keçiriləcək referendum göstərilir.

FES rəhbəri Janet Yellen dünənki iclasın yekunları barədə açıqlamalarında "uçot dərəcələrinin gələcək trayektoriyasının iqtisadi perspektivlərə bağlı olacağını" qeyd edib. O, ABŞ əmək bazarında fəallığın zəiflədiyini, buna baxmayaraq, əmlak bazarında və əhalinin xərclərində artım olduğunu vurğulayıb.

FES rəhbəri uçot dərəcələrinin mərhələli artımının davam edəcəyini, amma bunun üçün konkret tarixin məlum olmadığını bildirib. İclasın yekununda Janet Yellen 2017-ci ilin sonuna baza uçot dərəcəsinin 1,5%, 2018-ci ilin sonuna isə 2,5% təşkil edəcəyini proqnozlaşdırdıqlarını deyib. Yekun çıxışda "Brexit" təhlükəsinin dünənki uçot dərəcələri barədə qərara ciddi təsir etdiyi, "Brexit"in həyata keçməsi halında isə nəinki qlobal iqtisadiyyat, hətta ABŞ üçün ciddi fəsadlara səbəb olacağı qeyd olunub.

FES ABŞ-ın 2016-cı il mart ayı variantındakı 2,2%-lik iqtisadi artım proqnozunu 2%-ə endirib, inflyasiya proqnozunu 1,2%-dən 1,4%-ə yüksəldib. İşsizlik göstəricisi proqnozu isə may ayında qeydə alınan 4,7% həddinə bərabər olub.

Dünənki qərardan sonra ABŞ dolları dünya valyutalarıyla müqayisədə bir qədər zəifləyib. Belə ki, açıqlamalardan sonra USD/EUR məzənnəsi 1,1190 səviyyəsindən 1% artımla 1,13 səviyyəsinə yüksəlib.

"Capital Economics" investisiya şirkətindən analitikləri hesab edirlər ki, "Brexit"in baş tutmaması və ABŞ əmək bazarının yaxşılaşması ilə FES iyul ayında uçot dərəcələrini artıracaq və dolların məzənnəsi möhkəmlənəcək.

"The Wall Street Journal"ın iqtisadçılar arasında keçirdiyi sorğuda respondentlərin yarısından çoxu iyul ayında FES-in faizləri artıracağını, 30%-i isə bunun sentyabr ayında baş tutacağını bildirib. Növbəti FES iclası iyulun 26-27-də, ABŞ əmək bazarı göstəricilərinin açıqlanması isə iyulun 8-də baş tutacaq.

"Report" analitik qrupu hesab edir ki, FES-in uçot dərəcələrini artırmaması halında belə Avrozonada və Yaponiyada faizlərin neqativ olması dollara tələbin artmasına və dolların məzənnəsinin güclənməsinə səbəb olacaq. Dünya iqtisadiyyatında baş verən qeyri-müəyyənliklər ABŞ iqtisadiyyatını yavaşlamasına səbəb ola bilər. Çin iqtisadiyyatında baş verən proseslər , yarana biləcək problemlər bütün dünyaya sıçraya bilər və bu səbəbdən hətta FES-in faiz azaltması da gündəmə gələ bilər.

1news.az

Paylaş:
541

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər