Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib

12:20 - 16 / 06 / 2016
Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan daxili işlər naziri general-polkovnik Ramil Usubov respublika polisinin gücləndirilmiş iş rejiminə keçməsi haqqında əmr imzalayıb.

1news.az xəbər verir ki, AR DİN-in mətbuat xidmətindən verilən məlumata görə bu “Formula-1” yarışı zamanı təhlükəsizlik tədbirləri çərçivəsində həyata keçirilir.

“Formula-1”in təhlükəsizliyini təmin etmək üçün DİN-in 3 min əməkdaşı cəlb olunub, həmçinin, Bakı polis qarnizonunun bütün gücləri işə cəlb olunub”,- deyə nazir qeyd edib.

Bundan əlqavə DİN-də bildirildi ki, yarış zamanı tribunaya kəsici və deşici adətlərin, alışma təhlükəsi olan əşyaların  gətirilməsi qadağan olunub.  Tamaşaçılar özü ilə su və sok götürə bilər, lakin təkcə plastik və kağız qabda olmalı, şüşə qabdakı suları gətirmək qadağandır.

1news.az

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər