İlin əvvəlindən Azərbaycanda əsas kapitala 5,4 mlrd. manat vəsait yönəldilib
2016-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 mlrd. 388,8 mln. manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən 1news.az-a verilən məlumata görə, əsas kapitala yönəldilən vəsaitin 4 mlrd. 591,1 mln. manatı və ya 85,2%-i məhsul istehsalı obyektlərinin, 601,5 mln. manatı (11,2%-i) xidmət sahələri üzrə obyektlərin, 196,2 mln. manatı (3,6%-i) isə ümumi sahəsi 554,5 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
Ümumi sərmayənin 22,7%-i dövlət, 77,3%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 69,1%-i tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 35,9%-ni təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 4 mlrd. 249 mln. manat, bank kreditləri 464,3 mln. manat, büdcə vəsaitləri 479,3 mln. manat, büdcədənkənar fondların vəsaitləri 45,7 mln. manat, əhalinin şəxsi vəsaitləri 147,5 mln. manat, sair vəsaitlər 3 mln. manat təşkil edib. 2016-cı ilin yanvar-may aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 72,6%-i sənayeyə, 15%-i tikinti, 6,5%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinə, 1,5%-i dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat, 1,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,7%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,6%-i informasiya və rabitə, hər birində 0,5% olmaqla təhsil, səhiyyə, hər birində 0,3% olmaqla ticarət, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, hər birində 0,1% olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, peşə, elmi və texniki fəaliyyət sahələrinə, digər sahələrdə xidmətlərin göstərilməsinə sərf edilib.
1news.az