Collezione geyim markası artıq Bakıda! – FOTO
Bakıda Türkiyənin tanınmış geyim brendi olan Collezione-nin ilk mağazasının açılış mərasimi keçirilib.
Azərbaycanın tanınmış simalarının iştirakı ilə baş tutan mərasimdə qonaqlar brendin məhsulları ilə tanış oldu. 2016-cı ilin yaz-yay kolleksiyasından ibarət moda nümayişində qonaqlar bir neçə geyim dəstini əyani olaraq görmə imkanı əldə etdilər.
Türkiyə dəb dünyasının ən uğurlu isimlərindən olan Collezione 27 ildir ki, aid olduğu sektorun liderlərindəndir. Ölkə daxilində 200, ölkə xaricində isə 55 satış nöqtəsində təmsil olunan Collezione gənclərin və özünü gənc hiss edən hər kəsin sevimli markasına çevrilib. “2015-ci ildə Türkiyə Moda Geyim Bazarında lider, ən tanınan və qlobal marka” kateqoriyasına sahib olan Collezione müştərilərinə daha keyfiyyətli xidmət təklif edə bilmək üçün texnoloji bazasını gücləndirmişdir.
“Fast fresh fashion” formulunu hər zaman diqqətdə saxlayan Collezione markasının məhsulları gənclərin, həm dəbli, həm də rahat geyinməyi sevənlərin favoritinə çevrilib. “L and L” şirkətinin rəsmi distiribüsiyası ilə Azərbaycanda fəaliyyətə başlayan Collezione geyim markası “Gənclik Mall” alış-veriş mərkəzinin ikinci mərtəbəsində qərarlaşıb. Ən son dəb trendlərinə uyğun geyinmək, amma buna böyük məbləğ xərcləməmək üçün Collezione ən düzgün ünvandır.
Məhsulların keyfiyyəti, rəng və üslub ahəngi Collezione markasının azərbaycanlı müştərilərinə təklif etdiyi hər geyimdə öz əksini tapır. ən son dəb tendensiyaları bu geyim markası üçün çalışan dizaynerlər qrupu tərəfindən geyimlərə köçürülür. Collezione markasının məhsulları ilə siz hər mövsümü ürəyinizdən keçən əhval-ruhiyyə ilə yaşayacaq, cibinizə böyük maddi ziyan vurmadan, könlünüzə mənəvi rahatlıq bəxş edə biləcəksiniz.
Paytaxtın yeni dəb ünvanı: Gənclik Mall AVM, 2-ci mərtəbə.