“MFL Kuboku”nda finalçıların adı məlum oldu – NƏTİCƏLƏR | 1news.az | Xəbərlər
Futbol

“MFL Kuboku”nda finalçıların adı məlum oldu – NƏTİCƏLƏR

17:01 - 17 / 06 / 2016
“MFL Kuboku”nda finalçıların adı məlum oldu – NƏTİCƏLƏR

Azərbaycanda həvəskar futbol turniri olan “MFL Kuboku”nda 1/2 final mərhələsinin oyunları keçirilib.

1news.az-ın məlumatına görə, “Sport Marketing Group” şirkətinin və Triponline.az saytının dəstəyi ilə keçirilən turnirdə finalçıların adına aydınlıq gəlib.

“Napoli” ilə SOCAR AQS komandaları arasında keçirilən qarşılaşmanın əsas vaxtı bərabərə başa çatdığından qalib onbirmetrəlik cərimə zərbələri ilə müəyyən olunub. Burada daha dəqiq olan “Napoli” finala vəsiqə qazanıb.

İkinci yarımfinal oyununda “Qaradağ Lökbatan” və “Galaxy Travel” komandaları üz-üzə gəlib. Rəqibindən üstün olan “Qaradağ Lökbatan” həlledici görüşdə “Napoli”yə rəqib olub.

Beləliklə, “Galaxy Travel” və SOCAR AQS komandaları 3-cü yer uğrunda mübarizə aparacaqlar. “Napoli” və “Qaradağ Lökbatan” komandaları isə həlledici görüşdə üz-üzə gələcəklər.

Yarımfinal mərhələsinin qarşılaşmalarının nəticələrini təqdim edirik:

“MFL Kuboku”, 1/2 final mərhələsi

Napoli - SOCAR AQS 3-3 pen 5-4
Garadağ Lökbatan - Galaxy Travel 9-2

Bombardirlər: Nicat Balakişiyev – 20 qol (Qaradağ Lökbatan), Nəcməddin Zaliyev – 17 qol (Qaradağ Lökbatan), Rafael İsmayılov – 13 qol (SOCAR AQŞ), Məmiş Nəzərov – 13 qol (Qaradağ Lökbatan).

Nəzərinizə çatdıraq ki, 3-cü yer uğrunda oyun və final qarşılaşması iyunun 19-da baş tutacaq.

Məlumat üçün bildirək ki, turnirdə 24 komanda mübarizə aparıb. Komandalar 4 qrupa (A, B, C və D) bölünüb və hər qrupda 6 komanda yer alıb. İlk iki yeri tutan komanda növbəti mərhələyə vəsiqə qazanıb. 

Qeyd edək ki, həvəskar futbol turnirinin təşkilatçısı “Mini Futbol Liqası” (MFL) şirkətidir. Bir ay ərzində keçiriləcək yarış “İlk MFL Kuboku” adına layiq görülüb.

Artıq qeyd etdiyimiz kimi, ilk “MFL Kuboku” bir ay davam edəcək. Oyunlar Bakı Olimpiya Satdionunun ərazisində, “Sportster” şirkətinin yeni meydanlarında keçirilir.

Qalib komandanın üzvləri bu ilin yayında Fransada keçiriləcək Avropa Çempionatının yarımfinalına gedəcəklər.

Bununla yanaşı, komandanın bütün üzvlərinin aviabiletləri, mehmanxanada qalmaq və yarımfinal oyununa bilet xərcləri ödənəcək.

Onu da nəzərinizə çatdıraq ki, bu, hələ başlanğıcdır. Belə ki, ilk “MFL  Kuboku” başa çatdıqdan sonra MFL – həvəskarlar liqasında tamhəcmli turnir başlayacaq ki, burada komandalar aylar ərzində ölkənin ən güclü mini futbol komanadası uğrunda mübarizə aparacaq.

Hər il sentyabrdan iyun ayına qədər keçiriləcək bu turnir tournament (liqa) sxeminə uyğun olaraq təşkil olunacaq ki, burada turnir cədvəli, statistika və s. olacaq. Turnirdə xal qazanan komadaların hesabı artıq tamamlanmaq üzrə olan MFL-in saytında öz əksini tapacaq.

Turnirin yekunu olaraq hər il qalib komandalar yalnız mükafat almaqla kifayətlənməyəcək, həmçinin Azərbaycanı digər ölkələrdə keçiriləcək analoji turnirlərdə təmsil etmək imkanı əldə edəcəklər.

Bütün futbol həvəskarlarını ilk irihəcmli MFL turnirində iştirak etməyə və futboldan zövq almağa dəvət edirik!

1news.az

 

Paylaş:
881

Son xəbərlər

Sahibə Qafarova sədri Sinqapur parlamentinin sədri ilə görüşdüBu gün, 17:49Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilibBu gün, 17:35Naxçıvanda intensiv yağışlar fəsadlar törədib - VİDEOBu gün, 17:27Ukrayna və Fransa prezidentləri arasında telefon danışığı olubBu gün, 17:14Musiqi məktəblərində işə qəbul üçün qeydiyyat bu tarixdə başa çatacaqBu gün, 17:11Azərbaycan ABŞ şirkəti ilə dekarbonizasiyanın modelləşdirilməsini müzakirə edibBu gün, 17:07Özünü MİDA-nın vəzifəli şəxsi kimi təqdim edib dələduzluq edən şəxsin məhkəməsi başlayırBu gün, 16:32Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQBu gün, 16:22Aytən Səfərova düşdüyü qəzadan danışdı: “O kadrları istərdim, siz də görəsiniz, amma...” - VİDEOBu gün, 16:14Sabahdan etibarən “Təmiz hava” aylığına start verilirBu gün, 16:00Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilibBu gün, 15:58KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaqBu gün, 15:55Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 15:38Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsindən azad olunubBu gün, 15:30Şeyxülislam Allahşükür Paşazadə “KAICIID 2024” Qlobal Forumunda iştirak edəcəkBu gün, 15:26BMT Azərbaycan və PAŞA Holding “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində tədbir keçirib - FOTOBu gün, 15:13Bu gün Xalq artisti Bəhram Mansurovun anım günüdürBu gün, 15:09Sevinc Fətəliyeva: Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıbBu gün, 15:03QDF “PAŞA Holding” və BMT-nin “COP 29-a gedən yol” tədbirində “Yaşıl guşə” ilə iştirak edib - FOTOBu gün, 14:51Göyçayda çaya tökülən tullantıların toplanması ilə bağlı hansı işlər görülür? - Rəsmi cavabBu gün, 14:45
Bütün xəbərlər