Piyadanın ölümünə səbəb olan sürücüyə qarşı cinayət işi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Piyadanın ölümünə səbəb olan sürücüyə qarşı cinayət işi açılıb

20:07 - 17 / 06 / 2016
Piyadanın ölümünə səbəb olan sürücüyə qarşı cinayət işi açılıb

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Bakıda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı birgə məlumat yayıblar.

1news.az xəbər verir ki, məlumata görə, iyunun 15-də saat 12 radələrində Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Rəhim Hüseynov idarə etmək hüququ olmadan baş etibarnamə əsasında idarə etdiyi “VAZ 2109” markalı, 20 BA 017 dövlət qeydiyyat nişanlı avtomobillə Buzovna qəsəbəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2012-ci il təvəllüdlü Nuranə Zeynalovanı vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü  (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayətin R.Hüseynov tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, həmin gün şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

R.Hüseynov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

1news.az

 

 

 

Paylaş:
418

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər