Azərbaycanlı dilçinin kitabı İngiltərədə çap olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı dilçinin kitabı İngiltərədə çap olunub - FOTO

23:59 - 17 / 06 / 2016
Azərbaycanlı dilçinin kitabı İngiltərədə çap olunub - FOTO

Filologiya üzrə elmlər doktoru, Azərbaycan Dillər Universitetinin ümumi dilçilik kafedrasının professoru, Eksperimental fonetika və tətbiqi dilçilik laboratoriyasının müdiri Fəxrəddin Veysəllinin Londondakı “Cambridge İnternatilonal Pres” nəşriyyatında “Phonetics and phonlogy problems” (“Fonetika və fonologiya problemləri”) kitabı işıq üzü görüb.

1news.az- verdiyi xəbərə görə, 258 səhifəlik kitabın giriş sözünü ingilis mütəxəssis Devid Perri yazıb. Kitabda həmçinin “Müəllifdən” başlıqlı yazı da yer alıb.

Əsərdə dilin yaranması, ilkin qaynaqları, işlənməsi haqqında, eləcə də Azərbaycan dilinin fonetik strukturu və fonologiyası ilə bağlı bilgi verilib. Kitabda dilimizin fonetika və fonologiyasının nəzəri məsələri müzakirə olunur, dilçiliyimizin obyekti və vəzifələri şərh edilir. Eləcə də burada fonetik vahidlər, yazı ilə şifahi nitq arasındakı ilişgilər, fonetikanın başqa elmlərlə əlaqəsi araşdırılır.

Adıçəkilən kitabda danışığın kommunativ özəllikləri də diqət mərkəzinə gətirilir. Azərbaycan dilinin fonetik quruluşunun və fonoloji sisteminin eksperimental yolla araşdırılması da nəzərdən keçirilir.

Qeyd edək ki, bu, Azərbaycan dilçiliyi tarixində ilk kitabdır ki, Avropada çap olunur. Kitabı ingiliscəyə ADU-nun dosenti Vahid Əkbərov tərcümə edib. Kitabın xaricdə birinci nəşri 2008-ci ildə Türkiyədə işıq üzü görüb.  Sözügedən kitabın payızda Bakıda nəşriyyat tərəfindən təqdimatı keçiriləcək.

Bundan başqa F.Veysəllinin rusca “Pismo” (“Yazı”)  adlı başqa bir kitabı da çapdan çıxıb. Qazaxıstandakı Türkologiya Akademiyası “Qloballaşma şəraitində türk məkanı: siyasi-iqtisadi və sosial-mədəni proseslər” proqramı çərçivəsində dilçi alim F.Veysəlli həmin akademiya ilə bağladığı müqaviləyə əsasən 2013-2014-cü illərdə “Azərbaycan əlifbasının tədqiqinin linqvistik əsasları” adlı araşdırmanı həyata keçirib.

Kitabın redaktorları Qazaxıstan EA-nın professoru, filologiya üzrə elmlər doktoru Əlimxan Cunusbəy və Bakı Slavyan Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Atamoğlan Həsənovdur.

1news.az

Paylaş:
744

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər