Azərbaycan-Rusiya müştərək əczaçılıq müəssisəsi yaradılır – FOTO
Ölkəmizdə Azərbaycan-Rusiya müştərək əczaçılıq müəssisəsi yaradılır.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda Azərbaycanın “Vita-A” investisiya şirkəti və Rusiyanın “R-farm” şirkəti arasında Azərbaycanda əczaçılıq istehsalının təşkil edilməsi haqqında memorandum imzalanıb.
Biznes-forum çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və “Delovaya Rossiya” Ümumrusiya İctimai Təşkilatı arasında əməkdaşlıq haqqında, AZPROMO və “Viktoriya Esteyt” İdarəçi Şirkəti MMC arasında həm Moskva vilayəti ərazisində (“Victoria Industrial Park” sənaye parkı), həm də Azərbaycan Respublikası ərazisində sənaye və kənd təsərrüfatı sahələrində investisiya layihələrinin təşviqi haqqında, AZPROMO və Bank VTB (Azərbaycan) arasında isə əməkdaşlıq haqqında memorandumlar imzalanıb.
1news.az