Şəhər və rayonlarda yaşayan 657 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhər və rayonlarda yaşayan 657 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib

20:02 - 20 / 06 / 2016
Şəhər və rayonlarda yaşayan 657 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib

Ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi sahəsində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə səyyar xidmətlərin keçirilməsi davam etdirilir.

1news.az-ın məlumatına görə, növbəti belə tədbirlər respublikanın Şamaxı, İsmayıllı, Qazax, Zərdab, Samux, Xızı, Abşeron, Sumqayıt şəhər və rayonlarında baş tutub. 

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə keçirilən səyyar xidmətlər zamanı adları çəkilən şəhər və rayonlarda ümumilkdə 1830 vətəndaşın müvafiq sənədləri qəbul edilib, 657 nəfərə isə şəxsiyyət vəsiqələrinin verilməsi təmin edilib. 

Belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

1news.az

 

Paylaş:
616

Son xəbərlər

Xalq Bank 20 il

08 / 01 / 2025, 16:42
Bütün xəbərlər