İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi sorğu keçirir
Azərbaycan prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycanda aparılan davamlı iqtisadi islahatlara dair ictimai rəyi və yeni islahat təklifləri ilə bağlı fikirləri öyrənmək üçün online qaydada sorğu keçirir.
1news.az-ın Mərkəzə istinadən verdiyi xəbərə görə, islahatların inklüzivliyini, əhatəliliyini və səmərəliliyini daha da artırmaq üçün keçirilən ilk sorğuda "Azərbaycan Respublikasının vergi qanunvericiliyində və inzibatçılığında hansı dəyişikliklərin edilməsini təklif edərdiniz?" sualına dair təklifləri 10 gün müddətində bildirmək xahiş olunur.
Mərkəz mülkiyyət növündən və təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxsləri, fərdi sahibkarları və vətəndaşları sorğuda fəal iştirak etməyə dəvət edir. Təkliflər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin internet saytındakı link vasitəsilə çatdırıla bilər.
1news.az