Kərəm Həsənov Siyəzəndə vətəndaşlarla görüşəcək
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov iyunun 24-də Siyəzən rayonunda vətəndaş qəbulu keçirək.
1news.az-ın məlumatına görə, Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Siyəzənlə yanaşı Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ərazi idarəsi:
(02330) 4-27-15, (018) 65-2-01-71 (daxili 24)
1news.az