SOCAR: Kompleks Qazma İşləri Trestində baş vermiş hadisənin səbəbləri araşdırılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR: Kompleks Qazma İşləri Trestində baş vermiş hadisənin səbəbləri araşdırılır

13:29 - 22 / 06 / 2016
SOCAR: Kompleks Qazma İşləri Trestində baş vermiş hadisənin səbəbləri araşdırılır

SOCAR-ın Kompleks Qazma İşləri Trestinin “Anbar təsərrüfatı” bölümündə baş vermiş hadisənin səbəbləri araşdırılır.

1news.az-a SOCAR-ın mətbuat xidmətindən verilən xəbərə görə, iyunun 20-də Kompleks Qazma İşləri Trestinin 1 saylı Anbar təsərrüfatı ərazisində avtokran vasitəsilə boruların yerdəyişməsi zamanı texniki kəmər açılıb, dağılan borulardan biri takelajçı, 1956-cı il təvəllüdlü Şahacanov Vladimir Fərhad oğlunun kürəyinə düşərək ona xəsarət yetirib.

Dərhal hadisə yerinə çağırılmış təcili yardım maşını ilə o, Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb, həkimlərin səyinə baxmayaraq Vladimir Şahacanovun həyatını xilas etmək mümkün olmayıb. Baş vermiş hadisə ilə bağlı müvafiq komissiya yaradılıb. Komissiyanın yekun rəyi ictimaiyyətə açıqlanacaq.

1news.az

 

Paylaş:
677

Son xəbərlər

Bütün xəbərlər