Sabunçuda “Dini radikalizm və onun təzahür formaları” mövzusunda seminar keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda “Dini radikalizm və onun təzahür formaları” mövzusunda seminar keçirilib – FOTO

19:13 - 22 / 06 / 2016
Sabunçuda “Dini radikalizm və onun təzahür formaları” mövzusunda seminar keçirilib – FOTO

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və onun təzahür formaları” mövzusunda seminar keçirilib. 

1news.az-ın məlumatına görə, tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Abdulla Əfəndiyev, Bakı Şəhər Gənclər və idman baş idarəsinin rəis müavini Aydın Yusifov, Baş idarənin və Sabunçu  rayon Gənclər və İdman idarəsinin  əməkdaşları, rayonun fəal gəncləri iştirak ediblər.

Bakı Şəhər Gənclər  və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov keçirilən tədbirin əhəmiyyətindən danışıb.

Daha sonra çıxış edən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov qeyd edib ki, müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatçılığa səbəb olan problemlərdən biridir. Onun sözlərinə görə, cəmiyyəti maraqlandıran məsələ odur ki, dini radikalizm nə üçün yaranır, yəni hansı şərait, hansı səbəblər onu meydana gətirir.

Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Abdulla Əfəndiyev çıxışında gənclərin dini radikalizm kimi sosial bəladan uzaqlaşdırılması məsələsinə toxunub. O qeyd edib ki, müasir dövrdə bu sahədə ən prioritet məsələlərdən biri də gənclərin bu sosial bəladan uzaqlaşdırılmasıdır.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov ölkəmizdəki, o cümlədən Sabunçu rayonundakı dini duru barədə məlumat verib.

Sonda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Fitnə” sənədli film tədbir ştirakçılarına təqdim olunub.

1news.az

 

Paylaş:
643

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər