Mərkəzi Bank bu günə olan valyuta məzənnəsini açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank bu günə olan valyuta məzənnəsini açıqlayıb

10:31 - 22 / 06 / 2016
Mərkəzi Bank bu günə olan valyuta məzənnəsini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

1news.az-ın Banka istinadən verdiyi xəbərə görə, ABŞ dolları manata qarşı 0,2% bahalaşaraq 1,5270 manat təşkil edib.

Rusiya rubluda manata nisbətən 0,4% möhkəmlənərək 0,0239 manat olub.

Dollar və rubldan fərqli olaraq Avro manata nisbətən 0,4% ucuzlaşaraq 1,7201 manat olub.

Türkiyə lirəsi də manata nisbətən ucuzlaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,2% zəifləyərək 0,5244 manata enib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2422 manatdır. Beləliklə, ötən günlə müqayisədə funt sterlinq manata qarşı 0,4%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisi isə 0,3% ucuzlaşaraq 0,6925 manat təşkil edib.

1news.az

 

Paylaş:
440

Son xəbərlər

Bütün xəbərlər