Heyvanlarla inanılmaz selfi çəkdirən gənc – FOTO
29 yaşlı irlandiyalı Allan Dikson özünü doktor Dulittl adlandırır.
1news.az-ın verdiyi məlumata əsasən, A.Dikson məşhur Hollivud filminin qəhrəmanı kimi heyvanları dilə tutmağı bacarır.
Gəncin şəkdiyi selfilərə nəzər yetirsək, onun demək olar ki, hər bir canlı ilə dostlaşa biləcəyi haqda təəssürat yaranır.
Hər bir selfiyə Alan 5 dəqiqədən 3 saatadək vaxt sərf edir.
Onun yolunu davam etmək istəyənlərə Alanın məsləhəti budur:
“Özünüzü sakit aparın və onun etimadını qazananadək heyvanı təhrik etməyin. Lakin əvvəlcədən yəqin edin ki, önünüzdəki heyvan timsah deyil”.
1news.az
668