Dünya bazarlarında neftin qiyməti 50 dolları keçdi
Amerika Neft İnstitutunun (API ) məlumatları fonunda ötən gecə dünya bazarlarında bir barrel neftin qiyməti $50 həddini keçib.
1news.az-ın RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu ABŞ-da “qara qızıl” ehtiyatlarının əsaslı şəkildə azaldığının göstəricisidir.
Bu səhər Brent markalı Şimal dənizi neft qatqısına avqust fyuçerslərinin qiyməti 0,63% qalxaraq $50,94 olub, WTI markalı neftinə avqust fyuçerslərinin qiyməti isə 0,70% qalxaraq $50,20 təşkil edib.
API-nin məruzəsinə əsasən, ötən həftə ABŞ-ın neft ehtiyatları mütəxəssislərin proqnozlaşdırdıqlarından daha çox – 5,2 milyon barrel azalıb.
Mütəxəssislərin fikirncə isə, bu göstərici 1,7 milyon barrel olmalı idi.
Hazırda sərmayəçilər ABŞ-ın energetika nazirliyinin ölkənin neft ehtiyatları haqda məlumatını gəzləyirlər.
Analitiklərin proqnozuna əsasən, iyunun 17-si bitən həftə ərzində göstəricilər 1,671 milyon barrel, başqa cür desək 529,83 milyon barrelədək azalıb.
Mütəxəssislərin fikrinə əsasən, xammala tələbatda ABŞ, Çin, Hindistan və digər inkişaf edən bazarlardan qaynaqlanan sabit artım müşahidə olunur.
Təklifə gəldikdə isə, analitiklər OPEK-ə daxil olmayan ölkələrdə neftin hasilatında azalma tendensiyasının olduğunu qeyd edirlər.
Neft bazarının artımını əngəlləyən amil bu cümə axşamı baş tutacaq Böyük Britaniyanın Avropa Birliyinə üzvlüyü ilə bağlı referendum göstərilir.
1news.az