Serj Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib
Azərbaycanın işğal olunmuş ərazilərinə gələn Ermənistan prezidenti Serj Sarkisyan orduların təmas xəttinə səfər edib.
1news.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata əsasən, bu səfərdə S.Sarkisyanla birgə separatçıların hazırki “lideri” Bako Saakyan və qondarma rejimin “sabiq rəhbəri” Arkadiy Qukasyan da iştirak edib.
Xatırladaq ki, iyunun 20 Sankt-Peterburq şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarbrağ münaqişəsinin həllinə dair üçtərəfli görüşü keçirilib.
Görüşün nəticəsi olaraq, hər 3 ölkənin prezidenti danışıq prosesinə əlavə dinamika qatmaq və cəbhə xəttində ATƏT-in müşahidəçilərinin sayını artırmaq barədə razılığa gəliblər.
1news.az
759