22 yaşlı Miss Nikaraqua beyin xərçəngindən dünyasını dəyişib
22 yaşlı Miss Nikaraqua-2014 Yumara Lopes beynin bədxassəli şişi nəticəsində dünyasını dəyişib.
1news.az-ın MIG News-a istinadən verdiyi məlumata əsasən, Y.Lopes xəstəliklə il yarım mübarizədən sonra iyunun 22-si Manaquanın hərbi hospitalında dünyasını dəyişib.
Londonda keçirilən Miss-Dünya yarışından qayıtdıqdan sonra qızda xəstələyin ilkin əlamətləri – baş gicəllənməsi və görmə qabiliyyətinin zəifləməsi problemləri özünü büruzə verməyə başlayıb.
Lakin həkimlər Y.Lopesə bağırsaq infeksiyası və xroniki nefrit diaqnozu qoymuşdular.
Müalicə kursu keçdikdən sonra o Panamaya işləməyə gedib. Lakin daimi baş ağrıları nəticəsində Yumara növbəti dəfə həkimlərə müraciət etməli olub.
Aparılan biopsiya qızın beynində şiş olduğunu aşkarlayıb.
Təyin olunan müalicə gəncə modelə kömək olmayıb və o, 2 gün əvvəl dünyasını dəyişib.
1news.az