Devid Kemeron referendumdan sonra istefa verdi – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Devid Kemeron referendumdan sonra istefa verdi – VİDEO

11:52 - 24 / 06 / 2016
Devid Kemeron referendumdan sonra istefa verdi – VİDEO

Böyük Britaniyanın baş naziri Devid Kemeron istefaya getdiyini bəyan edib.

1news.az-ın Daily Mail-ə istinadən verdiyi məlumata əsasən, D.Kemeron bu qərarı ölkəsində Avropa İttifaqında üzvlüklə bağlı keçirilən referendumdan sonra verib.

Referendumdan öncə Böyük Britaniyanın Avropa İttifaqında qalması tərəfdarı olan D.Kemeron yayın sonunadək tutduğu vəzifəsini tərk edəcəyi barədə söz vermişdi.

Referendumun nəticələri bəlli olandan sonra, Kemeron krallığa yeni baş nazirin lazım olduğunu bəyan edib.

1news.az

 

Paylaş:
900

Son xəbərlər

Bütün xəbərlər