DİN Ağcabədidə baş vermiş qətl hadisəsi barədə məlumat yayıb
Daxili İşlər Nazirliyi (DİN) Ağcabədidə baş vermiş qətl hadisəsi barədə məlumat yayıb.
1news.az-a nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, iyunun25-də Ağcabədi rayonunun Ağabəyli kəndində yaşayan Ağdam rayon sakini Ənvər Səfərovun evinə gəlmiş kürəkəni, Xocavənd rayon sakini Ələsgər Quliyev ailə-məişət münaqişəsi zəminində tüfəngdən atəş açaraq onu, qayınanası Naziləni və arvadı Raifəni qətlə yetirib, sonra isə özünü öldürüb.
Ağcabədi RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan lüləsi kəsilmiş ov tüfəngi götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.
1news.az
512