Gürcüstanda məcburi həqiqi xidmət ləğv edilib
İyunun 23-də Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli ölkə vətəndaşlarının məcburi hərbi xidmətə çağırışından imtina ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən növbəti çağırışdan etibarən Gürcüstan vətəndaşlarının məcburi hərbi xidmətə çağırışı ləğv olunur.
Qeyd edək ki, Gürcüstanda hərbi xidmətə çağırış Müdafiə Nazirliyi tərəfindən deyil, Regional İnfrastruktur Nazirliyinin müvafiq bölmələri tərəfindən həyata keçirilir və çağırışa gələn 18 yaşı tamam olmuş vətəndaşlar həm Daxili İşlər Nazirliyinin, həm Müdafiə Nazirliyinin, həm də Penitensiar Xidmətin müvafiq strukturlarında xidmətə göndərilirdi. Bu Sərəncamla Müdafiə Nazirliyi məcburi çağırışa gedən əsgərlərdən imtina edir. Bu əsgərlərin yerini isə könüllülük əsasında müqavilə ilə xidmətə çağırılan hərbçilər tutacaqlar.
Daxili İşlər Nazirliyi və Penitensiar Xidmət isə hələlik əvvəlki qaydadan imtina etməyib.
apsny