Binəli Yıldırım İsraillə əldə olunmuş razılaşmanın detallarını açıqlayıb | 1news.az | Xəbərlər
Dünya

Binəli Yıldırım İsraillə əldə olunmuş razılaşmanın detallarını açıqlayıb

16:54 - 27 / 06 / 2016
Binəli Yıldırım İsraillə əldə olunmuş razılaşmanın detallarını açıqlayıb

Türkiyənin baş naziri Binəli Yıldırım İsraillə əldə olunmuş razılaşmanın detallarını açıqlayıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, baş nazir bildirib ki, iki ölkə arasında razılaşma artıq paraflanıb, sabah Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri ilə israilli həmkarı arasında sənəd imzalanacaq.

İmzalanmadan sonra sənəd Türkiyə Böyük Millət Məclisində və müvafiq olaraq İsrail Nazirlər Kabineti tərəfindən ratifikasiya olunacaq, bununla da, iki ölkə arasında münasibətlərin normallaşması prosesi rəsmən başlamış olacaq.

Baş nazir razılaşmanın bəzi detallarını açıqlayıb:

"Sənəd ratifikasiya olunandan sonra hər iki ölkənin səfirlərinin fəaliyyəti aktivləşdiriləcək. 2010-cu ildən başlayan böhranın həllinin bu qədər uzun sürməsinin səbəbi Fələstinlə əlaqədardır. Biz Fələstin məsələsində də nəticələr əldə olunmasının tərəfdarı olmuşuq. Razılaşmada da bununla bağlı müddəlar var. Əsas məsələlərdən biri Qəzzanın su və elektrik enerjisi ilə təchizatıdır. İsrail bu müddəaya razılığını bildirib.

Razılaşmaya əsasən, İsrail "Mavi Marmara" gəmisində həyatını itirən Türkiyə vətəndaşlarının ailələrinə ümumilikdə 20 milyon dollar təzminat ödəyəcək. Bu razılaşma ilə Fələstinə tətbiq olunan embarqo böyük ölçüdə aradan qaldırılacaq. Bununla yanaşı, iyulun 1-də 10 min ton humanitar yardım daşıyan Türkiyə gəmisi İsrailin Aşdod limanı istiqamətində hərəkət edəcək. Qəzzadə inşa olunan Türkiyə-Fələstin dostluq xəstəxanasının qısa vaxtda açılması da razılaşmada əksini tapıb.

Normallaşma əlaqələrimizin bütün sahələrinə təsir edəcək. Lakin əsasən iqtisadi əlaqələr və regional inkişafı əhatə edəcək. Əsas məqsəd Qəzzada insanların rahat nəfəs alması və rahat yaşamasıdır. Biz bununla sonuna qədər Fələstin xalqının yanında olduğumuzu ortaya qoyduq".     

Baş nazir razılaşmasının üç əsas məqsədini bir daha diqqətə çatdırıb: "Razılaşma sənədi üç məsələ baxmından əhəmiyyətlidir. Birincisi, "Mavi Marmara" məsələsinə görə İsrailin Türkiyədən üzr istəməsi, ikincisi, gəmidə həlak olmuş Türkiyə vətəndaşlarına təzminat ödəməyə razılıq verməsi, üçüncüsü isə, Fələstinə tətbiq olunmuş embarqonun yumşaldılmasıdır". 

Bundan başqa, razılaşmada İsrail qazının Türkiyə üzərindən Avropa nəqli də əksini tapıb.

1news.az

Paylaş:
565

Sizin üçün xəbərlər

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər