Yaponiyada yenidən zəlzələ olub
Yaponiyanın Xonsyü adasının şimal-şərqində 5,8 bal gücündə zəlzələ baş verib.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə əsasən, Yaponiya Meteoroloji xidmətinin məlumatına görə, yeraltı təkanların episentri Fukuşima prefekturasının şərq sahillərində okeanda qeydə alınıb.
Xatırladaq ki, 2011-ci ildə burada Çernobldan sonra dünyada ikinci ən böyük AES qəzası baş vermişdi.
Yeddi ballıq şkala üzrə üç bal gücündə yeraltı təkanlar Fukişima ilə yanaşı, Miyaqi, İbaraki və Totiqi prefekturalarında da hiss olunub. Dəyən ziyan haqqında məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.
1news.az
440