Həyətində çətənə kolu yetişdirən Lənkəran sakini tutulub
Polis əməkdaşları həyətində narkotik bitki becərən şəxsi saxlayıblar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Lənkəran polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Rasim Dadaşova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
1news.az
473