“Silk Way West Airlines” Azərbaycanla Sinqapur arasında birbaşa yük hava əlaqəsi açıb
“Silk Way West Airlines” şirkəti Uzaq Şərqdə başqa bir uzun müddət gözlənilən istiqamət olan Sinqapura birbaşa müntəzəm uçuşa başlayıb.
Şirkətdən 1news.az-a verilən məlumata görə, uçuşlar həftədə iki dəfə “B747-8F” yük təyyarəsi ilə yerinə yetiriləcək və Azərbaycan milli yük aviadaşıyıcısının dünyanın başqa istiqamətlərinə birləşdirən istiqamətləri ilə birləşəcək.
Qeyd edək ki, “Silk Way West Airlines” şirkətinin əsas gərargahı olan Heydər Əliyev Beynəlxalq Hava Limanı (GYD) Asiyadan Avropaya olan marşrutlar üzrə coğrafi üstünlüklər təklif edir. Asiya, Yaxın Şərq və MDB ölkələri üzrə daim böyüyən şəbəkə və rəqabətə davamlı yanacaq qiymətləri aviaşirkətin donanmasına əlavə üstünlük verir.
“Silk Way West Airlines” aviaşirkəti Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən istismarçı sertifikatını alaraq 19 iyun 2012-ci il tarixində fəaliyyətə başlayıb. Hazırda “Silk Way West Airlines” aviaşirkətinin hava gəmiləri parkına 3 “Вoeing 747-8F” və 2 “Вoeing 747-400F” təyyarəsi daxildir. 2016-cı ilin üçüncü rübündə daha bir “Вoeing 747-8F” təyyarəsinin gətirilməsi gözlənilir ki, bundan sonra aviaşirkətin balansındakı təyyarələrin sayı 6-ya yüksələcək.
Yeni avialaynerin tədarük edilməsi aviaşirkətə ABŞ-da yeni istiqamətlər daxil olmaqla uçuşların coğrafiyasını daha da genişləndirmək imkanı verəcək.
1news.az