Türkiyədə terror hadisəsi: Ölən və yaralananlar var
Türkiyənin Diyarbakır vilayətində polis avtomobilinə qarşı həyata keçirilən terakt nəticəsində 1 nəfər dünyasını dəyişib, 7 nəfər isə yaralanıb.
1news.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, terakt Diclə bölgəsində baş verib.
Bomba partlaması nəticəsində 8 nəfər, o cümlədən 2 polis, müxtəlif dərəcədə xəsarət alıb və təcili olaraq xəstəxanaya çatdırılıb.
Bütün səylərə baxmayaraq yaralananlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Partlayış nəticəsində yaxında yerləşən bina və müəssisələrə də xətər dəyib.
Hadisə yerinə antiterror əməliyyatı başlayıb.
1news.az
879