Mövlud Çavuşoğlu rusiyalı həmkarı ilə görüşəcək
Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Soçidə rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidentinin nümayəndəsi məlumat yayıb.
Bundan əvvəl Mövlud Çavuşoğlunun Rusiyanın iyulun 1-də Soçi şəhərində keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) XİN rəhbərləri Şurasının toplantısında iştirak edəcəyi barədə məlumat yayılmışdı.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, hazırda Sergey Lavrovun QDİƏT tədbiri çərçivəsində türkiyəli həmkarı ilə görüşünün mümkünlüyü nəzərdən keçirilir.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ötən gün 2015-ci ilin noyabrında Rusiya təyyarəsinin vurulmasına görə rusiyalı həmkarı Vladimir Putinə üzrxahlıq edib.
1news.az