Qazaxıstan 2017-2018-ci il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib | 1news.az | Xəbərlər
Dünya

Qazaxıstan 2017-2018-ci il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

23:00 - 28 / 06 / 2016
Qazaxıstan 2017-2018-ci il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

Qazaxıstan (138 səslə) 2017-2018-ci il müddətinə BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü seçilib.

BMT TŞ-ə qeyri-daimi üzvlük uğrunda Qazaxıstan  Asiya-Sakit okean qrupunda Tailandla mübarizə aparıb. Səsvermənin ikinci raundunda Qazaxıstan rəqibini üstələyib. 

Qeyd edək ki, səsvermənin birinci raundunda Boliviya (Latın Amerikası ölkələri qrupu), İsveç (Qərbi Avropa ölkələri qrupu) və Efiopiya (Afrika ölkələri qrupu) 2017-2018-ci il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçilib.

BMT TŞ-nin daha bir qeyri-daimi üzvü səsvermənin üçüncü raundundan sonra müəyyənləşdiriləcək. Bu raundda mübarizə İtaliya və Niderland arasında (Qərbi Avropa ölkələri qrupu) gedir.

BMT TŞ-ə üzv seçilmək üçün onların hər birinə Baş Assambleya üzvlərindən ən azı 129 səs toplamaq gərəkdir. 

Qeyd edək ki, bu il  BMT TŞ-də yerlər aşağıdakı qruplar arasında bölünüb: Afrika ölkələri, Asia-Sakit okean, Latın Amerikası və Qərbi Avropa regionları. Şərqi Avropa ölkələri TŞ-ə qeyri-daimi üzvlüyü hələ 2017-ci ilin sonunadək davam edəcək Ukrayna ilə təmsil olunub.

Bundan əlavə, qeyd edək ki, Anqola, Venesuela, İspaniya, Malayziya, Yeni Zelandiya 2016-cı ilin dekabrın 31-dək  TŞ-i tərk edəcəklər.   

BMT TŞ-ə 15 dövlət daxildir: 5 daimi və iki il müddətinə seçilən 10 qeyri-daimi üzv.

Hazırda TŞ-də Anqola, Venesuela, Misir, İspaniya, Malayziya, Yeni Zelandiya, Seneqal, Ukrayna, Uruqvay, Yaponiya təmsil olunub. 

Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa qurumun daimi üzvüdür. 

RİA Novosti

Paylaş:
792

Sizin üçün xəbərlər

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər