XİN: İstanbulda baş verən terror aktında zərər çəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur
“Hazırda İstanbulun Atatürk Hava Limanında baş vermiş terror aktında zərər çəkən və həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur”.
1news.az-ın verdiyi məlumata əsasən, bu haqda Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Hikmət Hacıyev bildirib:
“Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan verilən məlumata görə, baş vermiş terror aktında zərər çəkən və həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur”.
Bundan əlavə, H.Hacıyev qeyd edib ki, həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması ilə bağlı araşdırmalar davam edir.
Xatırladaq ki, iyunun 28-də İstanbulun Atatürk Hava Limanının xarici xətlər terminalında baş verən terror aktı nəticəsində 36 nəfər həlak olub, 147 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
İlkin ehtimala görə, hadisəni PKK terror qruplaşması həyata keçirib.
Mövzu ilə əlaqədar oxuyun:
Baş Konsulluq: İstanbuldakı terror aktında zərər çəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur
Azərbaycan XİN-i İstanbulda baş verən terror aktlarını lənətləyir
İstanbuldakı terrorla bağlı Azərbaycanın Baş Konsulluğunda qaynar xətt yaradılıb
İstanbulda həyata keçirilən teraktın qurbanlarının sayı artıb – FOTO - VİDEO - YENİLƏNİB
1news.az