Ərdoğan İstanbulda baş verən terror aktı ilə bağlı təcili iclas keçirib | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan İstanbulda baş verən terror aktı ilə bağlı təcili iclas keçirib

01:42 - 29 / 06 / 2016
Ərdoğan İstanbulda baş verən terror aktı ilə bağlı təcili iclas keçirib

İstanbulun Atatürk Hava Limanında baş verən terror hadisəsi ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təcili iclas çağırıb.

1news.az-ın Cihan-a istinadla verdiyi xəbərə görə, iclas ölkənin baş naziri Binəli Yildırım, Baş qərargah rəisi, general Hulusi Akarı iştirakı ilə baş tutub.

Xatırladaq ki, iyunun 28-də İstanbulun Atatürk Hava Limanının xarici xətlər terminalında baş verən terror aktı nəticəsində 28 nəfər həlak olub, 6-sı ağır olmaqla yaralananların sayı 60 nəfərə çatıb.

İlkin ehtimala görə, hadisəni PKK terror qruplaşması həyata keçirib.

Mövzu ilə əlaqədar oxuyun:

İstanbul aeroportunda baş verən terror aktında 28 nəfər həlak olub, 60 nəfər yaralanıb – FOTO - VİDEO - YENİLƏNİB  

1news.az

Paylaş:
915

Son xəbərlər

Bütün xəbərlər