Putin İstanbulda həyata keçirilən teraktlarla bağlı Türkiyə xalqına kədərini bildirdi
Rusiyanın prezidenti Vladimir Putin İstanbulun Atatürk hava limanında törədilən terror aktları ilə bağlı Türkiyə xalqına kədərini bildirdi.
1news.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, Böyük Vətən Müharibəsinə həsr olunmuş tədbirdə rusiyalı və alman məktəblilərlə görüşdə Putin dünən baş verən teraktların bir çox insanın həyatına son qoyması səbəbindən kədər hissi keçirdiklərini deyib.
“Məhz belə tədbirlər, bu cür dəhşətli hadisələrin qarşısını alan abu-hava yaradır”, - deyə, Putin qeyd edib.
1news.az
762