Bakıda evdə qulluqçu işləyən qadın Ukrayna vətəndaşının 5 min dollarını oğurladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda evdə qulluqçu işləyən qadın Ukrayna vətəndaşının 5 min dollarını oğurladı

15:32 - 29 / 06 / 2016
Bakıda evdə qulluqçu işləyən qadın Ukrayna vətəndaşının 5 min dollarını oğurladı

İyunun 20-dən 26-dək olan müddətdə Yasamal rayonunun M.Muxtarov küçəsində  kirayədə yaşayan Ukrayna vətəndaşı Andrey Lisyukun evindən naməlum şəraitdə 5000 ABŞ dolları  oğurlanıb.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Yasamal polisinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən orada qulluqçu işləyən, Bakı şəhər sakini Lamiyə Əliyeva tutulub.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
745

Son xəbərlər

Bütün xəbərlər