Qara Qarayev prospektinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Qara Qarayev prospektinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

17:55 - 29 / 06 / 2016
Qara Qarayev prospektinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Nizami rayonu Qara Qarayev prospektində aparılan təmir işləri ilə əlaqədar olaraq iyunun 30-dan iyulun 1-nə keçən gecə prospektin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik tam olaraq məhdudlaşdırılır.

1news.az-a “Azəravtoyol” ASC-dən verilən xəbərə görə, məhdudlaşdırma Qara Qarayev prospektinin Şirin Mirzəyev küçəsindən Rüstəm Rüstəmov küçəsi istiqaməti üzrə (Dakar meydanınadək) olan hissəsində tətbiq olunacaq.

Digər hərəkət istiqaməti üzrə, yəni R.Rüstəmov küçəsindən metronun Qara Qarayev stansiyası yerləşən əraziyə doğru hərəkətdə hər-hansı bir məhdudlaşdırma tətbiq olunmur.

Sürücülərdən təmir işləri aparılan müddət ərzində alternativ olaraq Mikayıl Əliyev, Mehdi Abbasov, Rüstəm Rüstəmov və digər küçələrdən istifadə etmələri tövsiyə olunur.

1news.az

Paylaş:
671

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər