UFC Foundation proqramının məzunları Qərbin öndə gedən ali təhsil ocaqlarına qəbul ediliblər - FOTO
24 iyun 2016-cı ildə Beynəlxalq Muğam mərkəzində University Foundation Center-in Ingilis və Fransız departamentlərinin tələbələrinə Foundation proqramını bitirdiklərinə dair sertifikat təqdimi mərasimi və məzuniyyət gecəsi keçirilmişdi.
UFC Foundation tələbələri tədris proqramını müvəffəqiyyətlə bitirdikdən sonra bakalavr və magistr dərəcəsi üçün özlərinin seçdikləri İngiltərə, Amerika, Fransa, Kanada, və İtaliya top universitetlərinə qəbul edilmişlər. Gecəni University Foundation Center rəhbərləri Reyhan Hüseynova, Ayan Əliyeva və Bela Cəlilova çıxış nitqi ilə açdılar. Öz çıxışlarında onlar UFC-nin İngilis və Fransız Departamentlərinin tələbə və müəllimlərinin Foundation proqramı üzrə keçdikləri yoldan bəhs etdilər. Eləcə də, UFC-nin fəaliyyəti və gələcək planları haqqında məlumat verildi. Qeyd edildi ki, Fransada təhsil pulsuzdur, İngiltərə universitetləri üçünsə qabaqcıl tələbələrə maksimal təqaüdlər nəzərdə tutulmuşdur.
Mükafatlandırma mərasimində Fransanın səfiri xanım Oreliya Buşez, Amerika birləşmiş Ştatlarının səfirliyinin nümayəndəsi Uill Nelson,TOTAL firmasının Azərbaycandakı nümayəndəliyinin direktoru Deni Lemarşal, SAİPEM şirkətinin Azərbaycan nümayəndəliyin əməkdaşı Frenk Penye, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı cənab Zahid Oruc, Azərbaycan Dövlət İnşaat və Memarlıq Universitetinin rektoru xanım Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru cənab Mustafa Babanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Rafiq Camalov,Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Arxeologiya və Etnoqrafiya Muzeyinin direktoru Fərhad Quliyev, Texniki Universitetin elmi işlər üzrə prorektoru İlham Pirməmmədov və Bakı şəhərinin tam orta məktəblərinin və liseylərinin direktorları iştirak etmişdilər.
Həmçinin məzunları təbrik edənlərdən arasında Fransa səfiri Oreliya Buşez də vardı. Xanım Buşez öz çıxışında fransız departamentinin ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsi sahəsində gördüyü işlərdən danışaraq məzunlara uğurlar dilədi.
Bundan əlavə, British Council Azərbaycan üzrə direktoru Elizabet Vayt da məzunları təbrik etdi. Öz çıxışında xanım Vayt UFC Foundation proqramının Azərbaycan gənclərinin xarici universitetlərə hazırlığı və qəbulunda önəmini və vacibliyini qeyd edərək, UFC Foundation proqramının köməyilə xarici universitetlərə qəbul olunmuş tələbələrə öz təhsil həyatlarında uğurlar dilədi.
UFC-nin Fransız və İngilis departamentlərin Foundation proqramının tələbələri 2 ilikxarici universitetlərinin tələb etdiyi imtahanlarını verməklə akademik fransız və ingilis dili kursunu müvəffəqiyyətlə başa vurdular. Eyni zamanda, UFC-nin İngilis və Fransız departamentinin tələbələri TCF/DELF,IELTS,Study Skills, Tarix, Riyaziyyat, Biznes, Fizika, İnformasiya Texnologiyaları kimi testləri və fənləri ingilis və fransız dilində fərqlənmə ilə bitirdilər.
UFC Foundation proqramının fərqləndirici xüsusiyyəti dil daşıyıcısı müəllimlərin İngiltərə, Amerika, Fransa, Hollandiya kimi ölkələrdən olmasıdır, hansı ki, UFC Foundation məzunlarının həmin ölkədə təhsilinin ilk dövründə adaptasiya prosesini asanlaşdırır. Bundan başqa, University Center-in hər bir tələbəsi kurs çərçivəsində İngiltərə, Amerika, Kanada, İtaliya, Fransa universitetlərinin fakultələrindən asılı olaraq ixtisaslarına uyğun ilkin hazırlıq mərhələsi keçmişlər.
University Foundation Center İngiltərə, Amerika, Kanada, İtaliya, Fransa və digər Avropa ölkələrinin universtitetləri ilə birbaşa müqavilələrə malikdir, hansı ki, UFC Foundation proqramı tələbələrinə çətin qəbul prosesindən azad olmağa imkan verir. UFCFoundation proqramının tələbələri Azərbaycanı tərk etmədən ali təhsil müəssəsilərinə bakalavr və maqistr təhsilini olmaq üçün bütün lazımı proqramı keçirlər.
UFC-nin Fransız və İngilis departamentlərinin tələbələrinin məzuniyyət gecəsi və mükafatlandırma mərasimi tələbələrin və qonaqların konserti ilə yekunlaşdı.