Dollar manata qarşı bahalaşmaqda davam edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dollar manata qarşı bahalaşmaqda davam edir

17:40 - 30 / 06 / 2016
Dollar manata qarşı bahalaşmaqda davam edir

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 1-nə valyuta məzənnələrini açıqlayıb.

1news.az-ın AMB-yə istinadla verdiyi xəbərə görə, iyulun 1-də manatın dollara qarşı rəsmi məzənnəsi 1,5425 manat təşkil edir.

Qeyd edək ki, bu gün də rəsmi məzənnə 1,5394 AZN/USD səviyyəsində təyin olunmuşdu.

Beləliklə, dollar manata qarşı bahalaşmaqda davam edir.

1news.az

Paylaş:
586

Son xəbərlər

Bütün xəbərlər