Azərbaycanlı ictimai xadimdən Türkiyəyə jest – VİDEO
İctimai xadim, ailə məsələləri üzrə ekspert Hacı Quliyev qardaş ölkədə, Türkiyədə baş verən terror hadisəsi ilə bağlı nümunəvi və təqdirəlayiq addım atıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə ictimai xadimin mətbuat katibi Fuad Mədətov məlumat verib.
O, bildirib ki, dünən möhtəşəm doğum günü tədbirini keçirməyə hazırlaşan H.Quliyev İstanbulun Atatürk Hava Limanında törədilmiş amansız terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbərinə sarsılıb və bu səbəbdən də tədbiri təxirə salıb.
“Mən də terrora qarşı olanlar sırasındayam. Terrora yox deyirəm! Dünya ictimaiyyətinə terrora daha kəskin rəy bildirməyimi çatdırıram. Allah şəhidlərə rəhmət eləsin!”, - H.Quliyev fikrini sosial şəbəkə vasitəsiylə izləyicilərinə çatdırıb.
Qeyd edək ki, H.Quliyev bir neçə gün əvvəl doğum günü tədbirini keçirmək üçün məkan sifariş edib və tədbirə tanınmış simalarla yanaşı, yaxın dostlarını da dəvət göndərib.
Xatırladaq ki, iyunun 28-də İstanbulun Atatürk Hava Limanının xarici xətlər terminalında baş verən terror aktı nəticəsində 41 nəfər həlak olub, 239 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
İlkin ehtimala görə, hadisəni PKK terror qruplaşması həyata keçirib.
Mövzu ilə əlaqədar oxuyun:
İstanbulda həyata keçirilən teraktın qurbanlarının sayı artıb – FOTO - VİDEO - YENİLƏNİB
1news.az