Kabildə həyata keçirilən terror aktı 40 nəfərin həyatına son qoydu
Əfqanıstanın paytaxtı Kabildə qanlı terror hadisəsi törədilib.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, bu səhər paytaxtın rayonlarından birində kamikadze-terrorçu özünü polis əməkdaşlarını daşıyan avtobusunun yanında partladıb.
Nəticədə 40 nəfər həlak olub.
Xəsarət alanlar barədə məlumat yoxdur.
1news.az
764