15 il ərzində Dövlət Neft Fondunun mədaxili $125 milyard təşkil edib – Hesabat | 1news.az | Xəbərlər
İqtisadiyyat

15 il ərzində Dövlət Neft Fondunun mədaxili $125 milyard təşkil edib – Hesabat

12:04 - 30 / 06 / 2016
15 il ərzində Dövlət Neft Fondunun mədaxili $125 milyard təşkil edib – Hesabat

2001-2015-ci illərdə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) mədaxili $124,9 milyard təşkil edib.

1news.az-ın verdiyi məlumata əsasən, bu haqda fondun rəsmi saytında yerləşdirilən 2015-ci ilə aid olan hesabatda deyilir.

Hesabata əsasən, $33,57 milyard və ya ümumi mədaxilin 26,9% yığımlara yönəldilib.

Bununla birgə, 2003-2015-ci illərdə ARDNF-un dövlətb büdcəsinə transfertləri 63,9 milyard manat təşkil edib.

2014-cü ildə fond dövlət büdcəsinə 9 milyard 337 milyon, 2015-ci isə 8,13 milyard manat məbləğində vəsait köçürüb.

“2015-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 17 milyard 498 milyon manat təşkil edib və bu gəlirin 46,4% fondun transfertləri hesabına formalaşdırlıb. 2015-ci ilin sonuna ARDNF-un aktivləri $33,57 milyar təşkil edib. Ötən il onlar 9,5% azalıb. Bu ilk dəfə belə olub.

2015-ci ildə fondun və Mərkəzi bankın strateji valyuta ehtiyyatları $38 milyard 590,8 milyon təşkil edib. İl ərzində ehtiyyatlar $12 milyard 271,6 milyon və ya 24,1% azalıb. Bu ötən il Mərkəzi bankın həyata keçirdiyi dünyada neftin qiymətinin düşməsinin milli valyuta olan manata mənfi təsirin azaldılmasına yönəlmiş çoxmilyardlıq intervensiyalarla bağlıdır.

Ehtiyyatların 87% və ya  $33,57 milyardını ARDNF-un vəsaitləri təşkil edib.

Son 10 ildə (2006-2015) fondun sərmayə portfelinin orta illik gəlirliyi 2,42%, 5 ildə - 1,5%, 3 ildə isə 1,51% təşkil edib. 2015-ci ildə bu göstərici 1,24% təşkil edib”, - deyə, hesabatda qeyd edilir.

Hesabatın tam mətni ilə burada tanış olmaq olar.

1news.az

Paylaş:
630

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər