“Texnikabank”ın əmanətçilərinə 119 milyon manata yaxın kompensasiya ödənilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Texnikabank”ın əmanətçilərinə 119 milyon manata yaxın kompensasiya ödənilib

09:58 - 04 / 07 / 2016
“Texnikabank”ın əmanətçilərinə 119 milyon manata yaxın kompensasiya ödənilib

Seçilmiş agent banklar tərəfindən sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin sənədləri qaydasında olan əmanətçilərinə 118 mln. 916 min manatdan artıq kompensasiya ödənilib.

1news.az-a Əmanətlərin Sığortalanması Fondundan mətbuat xidmətindən verilən xəbərə görə, qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb.

“Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq dörd kommersiya bankı seçilib.

Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq 1 il ərzində qəbul edir.

“Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

1news.az

Paylaş:
799

Son xəbərlər

Bütün xəbərlər