Çavuşoğlu: Gündüz bizə İŞİD hücum edir, gecə isə PKK | 1news.az | Xəbərlər
Dünya

Çavuşoğlu: Gündüz bizə İŞİD hücum edir, gecə isə PKK

13:15 - 05 / 07 / 2016
Çavuşoğlu: Gündüz bizə İŞİD hücum edir, gecə isə PKK

Türkiyə eyni zamanda həm İŞİD-lə, həm də PKK ilə mübarizə aparır, çünki hər iki terror təşkilatı ölkə üçün ciddi təhlükə yaradır.

1news.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata əsasən, bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransanın Le Monde qəzetinə müsahibəsində deyib.

“Gündüz bizə İŞİD hücum edir, gecə isə PKK. Onların hər ikisi ilə mübarizə aparmaqdan başqa yolumuz yoxdur”, - deyə, diplomat qeyd edib.

“İstanbulda törədilmiş teraktla İŞİD arasında bağlantı var, bu halda siz strategiyanızı dəyişəcəksinizmi?” sualına Çavuşoğlu: “Burada yeni heç bir şey yoxdur. İŞİD əvvəl də Türkiyəyə hücumlar edib. Hava limanında törədilən terror aktı genişmiqyaslıdır. Söhbət taktikanın dəyişməsindən gedə bilər, strategiya isə olduğu kimi qalacaq. Biz İŞİD-lə öz gücümüz hesabına mübarizə aparırıq. İŞİD-lə mübarizə üçün yaradılan koalisiya çərçivəsində fəal rol oynayırıq”, - deyə, cavab verib.

1news.az

Paylaş:
539

Son xəbərlər

Bütün xəbərlər