Bir qrup sağlamlıq imkanları məhdud uşaq xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir qrup sağlamlıq imkanları məhdud uşaq xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib

16:21 - 05 / 07 / 2016
Bir qrup sağlamlıq imkanları məhdud uşaq xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib

Əlilliyi olan şəxslərin sağlamlıqlarının və sosial statuslarının bərpası, onların səmərəli tibbi-sosial reabilitasiya tədbirlərinə cəlb edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasət kursunda mühüm yer tutur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildiriblər ki, nazirlik tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, bir qrup sağlamlıq imkanları məhdud uşaq Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Gürcüstanın “Sanni” (“Günəşli”) reabilitasiya mərkəzinə ixtisaslaşmış bərpa müalicəsinə yola salınıb.

Əlilliyi olan insanlar maddi və mənəvi tələbatlarının gücləndirilməsi ilə yanaşı, onların reabilitasiyası, habelə xaricdə ixtisaslaşmış bərpa müalicələri üçün lazımi şəraitin yaradılmasından razılıqla söz açıb, göstərilən bu yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdar olduqlarını vurğulayıblar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev ötən il və cari ilin keçən dövründə nazirlik tərəfindən 350 nəfərə yaxın əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın (valideynlərindən biri ilə bərabər) xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkil edildiyini bildirib:

“Son illərdə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar reabilitasiya kursu keçmək üçün Türkiyə Respublikasındakı Nobel Tibb Mərkəzinə göndərilir. Eyni zamanda Gürcüstanın “Sanni” reabilitasiya mərkəzinin də serebral iflicin formalarının, nevroloji xəstəliklərin fəsadlarının fizioterapevtik üsullarla müalicəsində müsbət iş təcrübəsi nəzərə alınmaqla, onlarla da bu sahədə əməkdaşlığa başlanılıb. Hazırda göndərilən şəxslər də qeyd olunan mərkəzdə yerləşdiriləcək və 21 gün ərzində bərpa-müalicə kursu keçəcəklər. İlk dəfə sağlamlıq imkanları məhdud uşaqları müşahidə edən valideynlərdə həmin müddətdə reabilitasiya tədbirlərinə cəlb ediləcəklər”.

S.Abdullayev əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı nazirliyin xətti ilə həyata keçirilən digər reabilitasiya tədbirlərini də diqqətə çatdırıb. Hər il nazirliyin bərpa-müalicə müəssisələrində bu təbəqələrdən olan 8 min nəfərdən çox şəxs bərpa müalicə və protez-ortopedik bərpa xidmətləri ilə təmin edilib. Bununla yanaşı, nazirliyin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində 1500 nəfərədək uşağa reabilitasiya yönümlü xidmətlər göstərilir ki, onların da böyük qismi sağlamlıq imkanları məhdud uşaqlardır. Həmçinin son 6 ayda əksəriyyəti əlilliyi olan şəxslərdən ibarət 1800 nəfərdən çox imtiyazlı vətəndaş müalicə məqsədilə sanator-kurort yollayışı ilə təmin olunub. 36 nəfər əlilliyi olan şəxsin isə respublikadan kənar müalicəyə göndərilməsinə və respublika daxilində müalicəsinə maddi köməklik göstərilib.

1news.az

Paylaş:
386

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər