İstanbulun bayram sabahı: şəhəri su basıb – FOTO – VİDEO
İsti günəşli günlərdən sonra İstanbulda leysan yağışları yağmağa başlayıb.
1news.az-ın Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, səhər tezdən başlayan yağış o qədər güclü olub ki, qısa zaman ərzində şəhərin bir sıra küçələrini, əsasən də meqapolisin Asiya hissəsini su altında qoyub. Xüsusən də, Merter E-5 ərazisindəki əsas yol və Sutan Əhməd məscidini su basıb.
Bayram namazını qılmaq üçün məscidə getmək istəyənlər, demək olar ki, üzərək oraya giriblər.
Yağan yağışlar bir çox evləri, mağaza və ofisləri su altına salıb. Buna görə də, yollarda çoxsaylı tıxaclar yaranıb.
Sinoptiklərin proqnozuna görə, leysan yağışları hələ bir neçə gün davam edəcək.
1news.az
648