Zakir Həsənov: Bu gün dövlətimizin müdafiə qüdrəti artıb, müstəqilliyimiz daha da möhkəmlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Həsənov: Bu gün dövlətimizin müdafiə qüdrəti artıb, müstəqilliyimiz daha da möhkəmlənib

09:55 - 05 / 07 / 2016
Zakir Həsənov: Bu gün dövlətimizin müdafiə qüdrəti artıb, müstəqilliyimiz daha da möhkəmlənib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyətini Ramazan Bayramı münasibəti ilə təbrik edib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata əsasən, təbrikdə deyilir:

"Cənab zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar! Sizi Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Milli-mənəvi dəyərlər xalqın mənəvi sərvətidir. Bu dəyərləri həmişə yüksək tutan Ümummilli liderimiz Heydər Əliyev milli və dini adət-ənənələrimizin qorunub saxlanılmasının da qayğısına qalmışdır. Məhz onun hakimiyyəti dövründə ölkəmizdə sağlam dinlərarası münasibətlər qurulmuşdur. Bu gün Azərbaycanda vicdan azadlığı və tolerantlığın hökm sürməsi, ölkəmizin dünyanın multikulturalizm mərkəzinə çevrilməsi Ulu öndərimiz Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasətin nəticəsidir. Bərabərlik və mənəvi təmizlik kimi yüksək əxlaqi hisslər aşılayan, bu günümüzə qədər yaşadılan Ramazan bayramı Azərbaycanda yüksək səviyyədə qeyd olunur.

Dünya dövlətləri arasında dini tolerantlıq nümunəsi kimi tanınan Respublikamız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında sivil və demokratik inkişaf yolu ilə inamla irəliləyir. Bu gün ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşmış, dövlətimizin müdafiə qüdrəti artmış, müstəqilliyimiz daha da möhkəmlənmişdir.

Aprel döyüşləri Silahlı Qüvvələrimizin döyüş ruhunun, döyüş qabiliyyətinin və gücünün təsdiqi oldu. Torpaqlarımızın bir qismi işğaldan azad edildi. Cənab Ali Baş Komandan "Biz imkan verməyəcəyik ki, bizim torpağımızada ikinci erməni dövləti yaransın" fikrini dəfələrlə vurğulayıb. Biz də prezidentin və Azərbaycan xalqının etimadını doğrultmaq üçün əlimizdən gələni edib torpaqları qısa bir müddətdə işğaldan azad etməliyik.

İnanıram ki, bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması naminə xidməti borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərinizi artıracaqsınız.

Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə uğurlar arzulayıram".

1news.az

Paylaş:
686

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər