Bakıda baş verən partlayışın gücündən 400 metr aralıdakı daş hasar uçub – FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda baş verən partlayışın gücündən 400 metr aralıdakı daş hasar uçub – FOTO - VİDEO

10:37 - 05 / 07 / 2016
Bakıda baş verən partlayışın gücündən 400 metr aralıdakı daş hasar uçub – FOTO - VİDEO

Gecə saatlarında paytaxtda partlayış müşahidə edilib.

1news.az-ın ANS Press-ə istinadən verdiyi məlumata görə, bədbəxt hadisə istehsal müəssisəsində baş verib.

Bakının Xocasən qəsəbəsində yerləşən "Lider Cola" şirkətinə məxsus istehsal fabrikində partlayış baş verib.

İçkilərə vurulan karbon qazının toplandığı çənin partlaması nəticəsində şirkətin istehsal binasına, eləcə də yaxınlıqdakı evlərə ziyan dəyib.

İlkin məlumatlara görə, 3 ev zədələnib. Partlayış gücü yüksək olduğu üçün hadisə yerindən 400 metr aralıda yerləşən yaşayış sahəsinin daş hasarı uçub.

Bədbəxt hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib. Qonşuluqda yaşayan sakinlər sahur etdikləri üçün partlayış vaxtı ev içində olmayıblar. Bu səbəbdən hadisə itkisiz ötüşüb. Faktla əlaqədar araşdırma aparılır.

1news.az

Paylaş:
580

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər