Varşavada Türkiyə və Ukrayna prezidentlərinin görüşü baş tutub | 1news.az | Xəbərlər
Dünya

Varşavada Türkiyə və Ukrayna prezidentlərinin görüşü baş tutub

15:53 - 08 / 07 / 2016
Varşavada Türkiyə və Ukrayna prezidentlərinin görüşü baş tutub

Polşanın paytaxtı Varşavada keçirilən NATO sammiti çərçivəsində Türkiyənin prezidenti Rəcəp Tayip Ərdoğan öz ukraynalı həmkarı Petro Poroşenko ilə görüşüb.

1news.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata əsasən, Regent mehmanxanasında keçən görüş bağlı qapılar arxasında olub və 1 saat çəkib.

Görüşdə həmçinin Türkiyə XİN-nin rəhbəri Mövlud Çavuşoğlu, Milli kəşfiyyat idarəsinin rəhbəri Hakan Fidan və Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın iştirak ediblər.

Qeyd edək ki, daha əvvəl Ərdoğan Böyük Britaniyanın baş naziri Devid Kemeron, Almaniya kansleri Anqela Merkel ilə görüşüb.

R.T.Ərdoğanın ABŞ prezidenti Barak Obama ilə də görüşü gözlənilir.

1news.az

Paylaş:
524

Son xəbərlər

Bütün xəbərlər