AccessBank 6-cı dəfə “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görülüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

AccessBank 6-cı dəfə “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görülüb

16:41 - 08 / 07 / 2016
AccessBank 6-cı dəfə “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görülüb

İyulun 6-da AccessBank nüfuzlu beynəlxalq maliyyə nəşri “Euromoney” tərəfindən Londonda keçirilən “2016-cı il üzrə ən Yaxşı Nəticələr” mükafatlandırma mərasimində “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görülüb.

2010-cu ildən etibarən artıq altıncı dəfədir ki, Bank bu nominasiyada mükafat qazanır.

AccessBank-ın İdarə Heyətinin sədri Michael Hoffman bu təltifatı alqışlayaraq deyib:

“Biz “Euromoney” kimi nüfuzlu maliyyə təşkilatı tərəfindən nailiyyətlərimizin tanınması ilə fəxr edirik. Bu mükafat təsdiq edir ki, AccessBank davamlı olaraq öz müştəriləri üçün güclü, sabit və etibarlı tərəfdaş olaraq qalır, bu isə, hazırki mürəkkəb iqtisadi şəraitdə xüsusilə önəmlidir. Bu, ölkənin hər yerində minlərlə müştəriyə yüksək keyfiyyətli maliyyə xidmətləri göstərməyə çalışan əməkdaşlarımızın öz işinə sədaqətinin və gərgin əməyinin göstəricisidir”.

Qeyd edək ki, AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb.

AccessBank mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan Bankda 1800-dən artıq əməkdaş çalışır.

FitchRatings agentliyi AceessBank-ı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən BB+ dərəcəsi ilə qiymətləndirib.

Paylaş:
500

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər