Bakıda gəlinlik paltarları korlayan şəxs və sifarişçi tutuldu
Bakıdakı mağazaların birində gəlinlik paltarları korlayan şəxs saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Yasamal polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da Bakı şəhər sakini S.Qurbanovaya məxsus gəlinlik paltarları satışı mağazasında yağ və benzinlə qarışmış məhlulu paltarların üzərinə tökərək əmlakı qəsdən məhv etmiş şəxsin paytaxt sakini Xalıq Həşimzadə olması müəyyən edilib.
Hadisəni sifariş etmiş Bakı şəhər sakini Leyla Ağayeva tutulub.
1news.az
672