Azərbaycanda SOCAR brendi altında 21-ci yanacaqdoldurma məntəqəsinin açılışı olub
İyulun 7-də Hacıqabul rayonu Pirsaat qəsəbəsində SOCAR brendi altında sayca 21-ci yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimi keçirilib.
1news.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan '”SOCAR PETROLEUM”' QSC-nin baş direktoru Toğrul Seyidov iştirakçıları YDM-də yaradılmış şəraitlə, məntəqənin strukturu, iş otaqları, eləcə də burada quraşdırılmış müasir avadanlıqlarla tanış edib.
Bildirilib ki, yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kalonkalar və yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem quraşdırılıb.
T.Seyidov yeni açılan YDM-lərin ölkədə daimi iş yerlərinin açılmasına, bununla da əhalinin sosial təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verdiyini diqqətə çatdırıb, vurğulayıb ki, SOCAR brendi altında fəaliyyət göstərən məntəqələrin hər birində orta hesabla 60 nəfər çalışır.
O, “SOCAR PETROLEUM” QSC-nin kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə təbrik edib, məntəqənin əməkdaşlarına uğurlar arzulayıb.
1news.az